Aktyor Ziya Ağanın OLAY-a müsahibəsi zamanı səsləndirdiyi fikirlər müzakirə yaradıb.
Bir neçə həmkarı Ziyanın aktyorların gündəlik xərcləri ilə bağlı söylədikləri ilə razılaşmayıb.
Belə ki, Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Kəmalə Müzəffər və aktrisa Cəmilə Tağızadə jurnalist Pərviz Hüseynin səhifəsində məsələyə münasibət bildirib.
N. Allahverdiyeva “Bizim teatrın aktyorları 5-10 manat çörək pulunu restoranlardan güclə qazanırlar. Haradandır günə 30-40 manat restorana pul xərcləsinlər?”, - deyə, bildirib.
K. Müzəffər “Çox yanlış məlumatdır” qısa şərhini yazıb.
“İkinci pərdə” filmində Ziyanın tərəf müqabili olan C. Tağızadə isə “Hər gün o qədər pul xərcləyən dəqiq bizim aktyorlardır?”, - deyə, vurğulayıb.
Qeyd edək ki, Ziya sözügedən müsahibədə bunları söyləmişdi:
“Aktyorlarımız deyinir ki, maaş azdır. “Tarqovı”da kimə baxırsan, qabağında 9-10 manatlıq kofeylə oturub, günə 30-40 manat xərcləyir, aylıq maaş isə başqa məbləğə gəlib çıxır. Bunu edən, buna pul xərcləyən adam, heç kim gedib özünə pul xərcləmir. Bizim aktyorların işi-gücü restoran, kafelərə pul qazandırmaqdır. Vəssəlam. Heç kim də gedib özüylə məşğul olmur, yatırım eləmir”.