"Yazıb ki, "Ayıb olsun, belə açıq geyinmisən""

"Yazıb ki, "Ayıb olsun, belə açıq geyinmisən""
"Yazıb ki, "Ayıb olsun, belə açıq geyinmisən""

Müğənni Zeynəb Həsəni efirlərdən birində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi səhnə geyimləri ilə bağlı münasibətini açıqlayaraq həm tamaşaçıya, həm də özünə və ailəsinə hörmət etməyə çalışdığını bildirib.

"Demirəm boğazımacan qapalı geyinirəm. Mən cavan qızam, səhnədəyəm. Ancaq çalışdığım qədər heç vaxt o sərhədi pozmuram. Mənə tamaşaçılar baxır. Onların qarşısına çıxıramsa, onlara da hörmət etməliyəm. Həmçinin özümə və ailəmə hörmət etməliyəm", - deyə Həsəni bildirib.

Müğənni daha açıq geyimlərə üstünlük verən qadınlara qarşı mənfi münasibətinin olmadığını da vurğulayıb. O, öz geyimlərində də müəyyən qədər dekoltenin ola biləcəyini qeyd edib.

"Belə açıq geyinənlərə də pis baxmıram. Öz geyimimdə bir balaca nəsə dekolte ola bilər. Yayda qış geyimləri geyinə bilmərəm. Geyindiyim paltarla şəkil çəkdirirəm, yazırlar ki, 'Ayıb olsun, belə açıq geyinmisən. Yayda siz kürk geyinirsiniz? Ailəli qadınlar məndən açıq geyinirlər", - deyə sənətçi söyləyib.

Zeynəb Həsəninin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər müğənninin geyimlə bağlı açıqlamasına fərqli münasibət bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az