“Kiçik və gənc görünmək cəhdlərini sevmirəm”

“Kiçik və gənc görünmək cəhdlərini sevmirəm”
“Kiçik və gənc görünmək cəhdlərini sevmirəm”

Türkiyənin məşhur aktrisası Nevra Serezli estetik əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib.

OLAY yazır ki, son olaraq “Sihirli Annem” serialının kinoya uyğunlaşdırıldığı layihədə rol alan Nevra Serezli uzun fasilədən sonra “Tuzlu Kahve” serialında çəkilmək üçün razılığa gəlib.

Ekranlara geri dönən Nevra Serezli açıqlamaları ilə gündəmə gəlib. Serezli estetik əməliyyatlarla bağlı diqqətçəkən fikirlər səsləndirib.

Aktrisa “Niyə estetik əməliyyat etdirmirsiniz?” sualına belə cavab verib:

“”Niyə bununla məşğul olmursan?” deyirlər. Məşğul olsam nə olacaq ki? Buna ehtiyac yoxdur. Mən ana, nənə rollarını oynayıram, qoy hamı məni belə qəbul etsin. O kiçik və gənc görünmək cəhdlərini sevmirəm, mənə bir növ özünü aldatmaq kimi gəlir.”

“Kiçik və gənc görünmək cəhdlərini sevmirəm”
Mənbə: olay.az