Sevilən cütlük Şəhriyar və Nüşabə musiqisi mərhum sənətkar Əlibaba Məmmədov, sözləri Əliağa Vahidə aid "Dəşti Təsnifi"nə yeni nəfəs verib.
Milli.Az xəbər verir ki, təsnifi ilk dəfə duet oxuyan cütlük sözügedən mahnıya klip çəkdirib.
Cütlük bildirib ki, illər sonra mahnıya yeni nəfəs verməkdə və klip çəkdirməkdə məqsəd onu yeni evlənməyə hazırlaşan cütlüklərə həsr etməkdir.
Qeyd edək ki, Şəhriyar və Nüşabə ailəlidir. Hər ikisi peşəkar ifaçı-xanəndədir. Şəhriyar Səfərov "Azərbaycanın səsi" 2018-in Televiziya Müsabiqədinin lauretı olub. Xalq artistləri Fidan Hacıyeva bə Nazpəri Dostəliyevadan vokal dərsləri alıb. Nüşabə Kərimli isə Milli Konservatoriyanın Vokal sənəti (xanəndəlik) ixtisasını bitirib. Muğam Müsabiqəsi 2017-nin laureatı olub. Hazırda Milli Konservatoriyada konsertmeystr-müəllim ixtisası üzrə çalışır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















