""Survivor"a getmək sənətçi üçün təhqirdir"

""Survivor"a getmək sənətçi üçün təhqirdir"

Jurnalist Özlem Esra Adanın hazırlayıb təqdim etdiyi 'Pembe Masa' verilişinin bu həftəki qonağı müğənni Davut Güloğlu olub.
 
Milli.Az azxeber-ə istinadla bildirir ki, sənətçi Acun Ilıcalının prodüseri olduğu "Survivor" yarışması ilə bağlı diqqət çəkən açıqlamalar edib.
 
Güloğlu, "Survivora dəvət edilsəydiniz nə edərdiniz?" sualına cavab verib:
 
"Mən dəvət olunmuşdum. Bu barədə Acun bəyə cavabımı sərt şəkildə bildirdim. Mənə görə müğənninin orada olmağı, sənətinə təhqirdir. Bunu Acuna da demişəm. Sənətçiyə yaraşan yer deyil. Həyatımda heç vaxt barlarda çıxış etməmişəm. Hər kəsin bir mövqeyi, bir xətti var. Bu qədər illərin zəhmətindən sonra kiməsə "yemək ver" deyə yalvarıb, şortik və alt paltarında titrəyib ora getməzdim. Bunun üçün mübarizə aparmazdım. Mənim şərəfim və mövqeyim var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun