Xalq artisti Nurəddin Mehdixanlı xanımı ilə bağlı danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Zaurla Günaydın” verilişində açıqlama verib:
“Bir-birimizi tanıdıq, o qızı sevdim. Biz çox çətinliklə evlənə bildik. Mən ondan əl çəkmədim, o da sözündə durdu. Onu mənə vermirdilər. Çünki o, çox yüksək, yuxarıda olan ailənin qızı idi. Gözəl ailə idilər. Mən sizə deyim ki, problemlər bizim övladlarımız olana qədər davam etdi. Evliliyimizin üstündən 10 il keçəndən sonra onun ailəsi bizi qəbul etdi. Onları haqsız heesab etmirəm, onlar övladları üçün başqa həyat düşünürdülər. Lakin bir aktyor gəldi, belə… Mən hədələrə baxıb, başqası ilə evlənə bilərdim. Ancaq bildim ki, yol gedə biləcəyim xanım o olacaq. İndi bizim üç övladımız, iki də nəvəmiz var. Ərturan, Ayturan və Alagöz. Bunlar bizim dünyamızdır. Atası hörmətli, alicənab,a ristokrat kişi idi. Prokuror idi”.