"Erkən nikahların sayı artmaqdadır. Gözünü açmamış uşaqları evləndirirlər. Sonra söz-söhbət olur".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişdə deyib.
"Bəzən kişilər düşünür ki, arvaddır da, onsuzda onu almışam evdədir. Təəssüf ki, belə düşünən kişi cinsindən olan məxluqlar da var. Biri o tərəfdən çıxır, digərinin sədası masaj, sauna salonlarından gəlir. Sonra nə olur? Hansı qadın bunlara göz yumar?" deyə, aparıcı əlavə edib.
Milli.Az