Britaniyalı müğənni Ed Şiran 9 ildir smartfondan istifadə etmir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Therapuss" podkastında danışıb. Aparıcı sonda Şirandan nömrə istəyərkən müğənni ona belə cavab verib:
"Mənim nömrəm yoxdur, yalnız elektron poçtum var. Onu verə bilərəm. 2015-ci ildən bəri nömrəm yoxdur. Bu yaxınlarda mənə "Boston Seltiks" oyununa gedərkən çəkiliş aparmaq üçün telefon verdilər, amma daha istifadə etmədim. Telefondan imtina etmişəm. 15 yaşımdan eyni nömrəni istifadə edirdim. Kitabçamda 10 minə yaxın əlaqə nömrəsi var idi. İnsanlar mənə davamlı olaraq nəsə yazırdılar və mən onlara cavab verməli olurdum.
Bir dəfə atamla nahar edərkən telefonuma çoxlu bildirişlər gəldi. Onu çıxarıb diqqətimi yayındırmalı oldum. Ümumiyyətlə, buna görə canlı ünsiyyəti itirməyə başladım. Bu səbəbdən həftədə bir dəfə yoxladığım planşetim və elektron poçtum var. Poçtum üçün gündə bir saat ayırıram, adətən maşında olarkən yoxlayıram. Mən məktubları sıralayıram və cavablar yazıram. Bu, mənim vaxtıma nəzarət etməyi asanlaşdırır. Ünsiyyət mədəniyyətində də elə bir fərq var ki, heç kim poçtla ani cavab gözləmir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun