"Söhbət oxumaqdan gedirsə nə var ki... "Kabinet"də oturan da insandır. "Kabinet" sözünü hərə öz tərbiyəsi ilə ölçür".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Əlsəgərli "Elgizlə izlə" verilişində deyib. Müğənni son günlər sənətçilərin "kabinetlər"də çıxış etməsi məsələsinə münasibət bildirib:
"Kabinet otaqdı, məclisdi, banket otağıdır. Elə yerlərdə sənin də, mənim də ad günüm ola bilər. Niyə pis şey düşünürsən? Normal oxumağa, pulunu qazanmağa gedirsənsə, nəyi pisdir?".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun