Türkiyəli məşhur aktyor Serhat Kılıçın illər əvvəl etdiyi çıxış ölümündən sonra yenidən diqqət çəkib.
Milli.Az xəbər verir ki, İstanbulun Kağıthane rayonundakı evində ölü tapılan aktyorun həmin görüntüləri sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.
Serhat Kılıç uzun illər davam edən aktyorluq karyerası ərzində bir sıra məşhur seriallarda müxtəlif obrazları canlandırıb. O, xüsusilə "Seksenler" serialında canlandırdığı Ergün Plak obrazı ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.
Aktyorun ölümündən sonra onun yaradıcılığı və əvvəlki çıxışları yenidən gündəmə gətirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















