“Səni təbrik edirəm, yaraşıq, canlı daha qəşəngsən, yaraşıqlısan. Səsində ki super!”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan builki “Avroviziya” təmsilçimiz İlkin Dövlətova deyib.
Xanım İsmayılqızının yaradıcılıq gecəsində bir araya gələn sənətçiləri “Söz Baz” görüntüləyib.
“Səsi kimi, özü də yaraşıqlıdır. Maşallah! Allah hər kəsə işıqlı yol açsın. Ümumiyyətlə, Azərbaycanda sənət çox inkişaf etsin. Əgər kimsə bir az yaxşı yol seçmirsə, demək istəmirəm o dərəcədə də. Əminəm ki, onlar da hamısı düzələcəklər. Başqa musiqilərə müraciət edəcəklər”, - deyə, R.Ayxan müsahibəsində söyləyib.