Müğənni Əminə Şirin meyxanaçı Vüqar Əbdülovla küsülülüyünə aydınlıq gətirib.
OLAY yazır ki, o, “Günaydın Azərbaycan” verilişində bu barədə danışıb. Aparıcı Xoşqədəm Hidayətqızının “Bəlkə, sizi barışdırım?” sualına:
“Qətiyyən! O, anam yanımda ola-ola danışığına fikir verməyən insandır. Nə səhv edirsənsə, mənim özümə et, mən keçəcəyəm. Amma mənim yanımda mənim anam varsa...”, - deyə, cavab verib.