"Özümə kişi toyu edəcəyəm" - VİDEO

"Özümə kişi toyu edəcəyəm" - VİDEO

Aşıq Namiq Fərhadoğlu özünə kişi toyu edəcəyini açıqlayıb.

Milli.Az bildirir ki, o, bu haqda AZXEBER.COM-a müsahibəsində danışıb.

Aşıq şəxsi həyatını gündəmə gətirən kişiləri qınayıb:

"Hamısını edən jurnalistlərdir. Sizin nəyinizə lazımdır mənim şəxsi həyatım? Şəxsi həyat, şəxsi olaraq qalmalıdır. Siz elə bilirsinizki, mən toy edəndə arvadımı çəkib göstərəcəyəm? Əsla! Kişi toyu edəcəyəm. Mən yoldaşımı niyə efirdə göstərməliyəm? Anamın 67 yaşı var, o qədər evimdə verilişlər olub, heç birində də anamı göstərməmişəm. Heç adını belə demirəm. O kişilərə mən nifrət edirəm ki, xanımını çəkir, paylaşır hər yerdə. Kimsə sənin xanımını niyə görməlidir? Göstərənlər özləri bilərlər, mən qapalı insanam, istmirəm. Mən evdə atamdan belə görmüşəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun