"Həyatımın özəl insanı ailəmizdir. Orada mənim həyatımın özəl insanları toplaşıb. Bir ürəyə əgər bir müddətdən sonra başqası girirsə (bəyi nəzərdə tutur - red.) o artıq sevgi deyil. Əgər söhbət bəydən gedirsə, sən iki ay, bir və ya beş il sonra ayrılıb yenidən sevə bilirsənsə, demək ki, o sevgi deyil. Mənim sevgim valideyinlərimə, qardaşıma, bacıma, qardaşımın xanımına və onların övladınadır. Niyə? Çünki onların yerini mənim üçün heç vaxt heç kim əvəz edə bilməyəcək.
- "Buna görə avtomobili satmalı olduq"
- Sevil- Sevinc bacıları kimdir? - Əməliyyatla da əkiz olan bacılar
Amma bir bəyin yerini... Əmin olun ki, o bəy sənə pis davranandan bir müddət sonra onun yerini yaxşı birisi əvəz edə bilər. Ona görə də o hissləri sevgi adlandırmıram. Anam mənim özəl insanımdır".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olduqları "Sözbaz" maqazin verilişində deyib.
Anasının səhhətinin yaxşı olmadığını söyləyən Sevinc ona olan hisslərini və sevgisini ifadə edərkən göz yaşlarına boğulub:
"Bu yaxınlarda bir videoya baxdım. Orada uşaqlar valideyinlərinə zəng vurub sevgilərini etiraf edirdilər. Onlar kövrəlib, ağlayırdılar. Mən də pis olurdum. Olur ki, anamızı incidirik, qəlbini qırırıq. Əminəm ki, bu verilişi izləyəndən sonra çox kövrələcəksən. Amma mən səni itirməkdən çox qorxuram.
Biz bu verilişə gələndə anam özünü yaxşı hiss etmirdi. Evdə deyinib deyirdim ki, "Ana qurban olum sən olmasan biz nə edərik?! Hər dəfə o cümləni deyəndən sonra anam 5 gün özünə gəlir". Ana səndən başqa bizim heç kimimiz yoxdur. Səhhətinə diqqət elə. Səni çox sevirəm".
Qeyd edək ki, Sevil və Sevinc bacıları Rusiyada yaşayan atalarını 2016-cı ilin yanvarında itiriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun