Türkiyədə sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılmasından sonra verdiyi ifadə üzə çıxıb.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması ittihamı ilə saxlanılan sosial media fenomeni, eyni zamanda Çağla Özün həyat yoldaşı olan Mehmet məhkəmədə ittihamları qəbul etməyib.
Mehmet ifadəsində toy mərasiminin bütün xərclərinin sponsorlar tərəfindən qarşılandığını bildirib. O, məclisdə taxılan qızılların isə kirayə götürüldüyünü deyib.
Fenomen əlavə edib ki, qohumları tərəfindən toyda taxılan qızıllar da mərasim başa çatdıqdan sonra sahiblərinə geri qaytarılıb.
Qeyd edək ki, Çağla Özün toy mərasimində Azərbaycanda "baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova və onun həyat yoldaşı, bloger Fidan Zeyn də iştirak edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















