"Gecə Keşləyə gəldim ki, məscidin yanında..."

"Gecə Keşləyə gəldim ki, məscidin yanında..."

Milli.Az bildirir ki, Baku TV-də "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Əməkdar artist, aktyor Rafael İsgəndərov olub.

O, "Maşın şou"da qalib olduğu zaman yaşadığı yerdə böyük izdihamla qarşılanmasından bəhs edib:

"Gecə Keşləyə gəldim ki, məscidin yanında mənə görə izdiham var. Udmağım üçün nəzir demişdilər. Qapı açılırdı, həyətə qoyunlar gətirilirdi".

Oğlu bloqer Fuad İsgəndərovun məşhurluğundan da danışan Əməkdar artist onunla tərəf müqabili olmaq istədiyini söyləyib:

"Elə olub, telefonu mənə veriblər ki, Fuadla şəklimizi çək. İllərlə dostluq etdiyim adam zəng edib, deyir ki, Fuadın filan videosuna baxdım, əladır. Halbuki mənim hansısa tamaşam haqqında fikir bildirməyib", - deyə aktyor qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun