"Həkimlər deyir ki, artıq müalicəsi yoxdur"

"Həkimlər deyir ki, artıq müalicəsi yoxdur"

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib. 

Milli.Az bildirir ki, aktyorun oğlu Rövşən Quliyev Axşam.az-a açıqlamasında bildirib ki, həkimlər anasının heç bir çarəsi olmadığını deyib:

"Müalicə evdə davam edir. Vəziyyəti ağır olaraq qalır. Həkimlər deyir ki, artıq heç bir müalicəsi yoxdur. Çox ağırlaşıb. Ciyəri suyun içindədir. Suyu çəkməyə isə yaşı imkan vermir". 

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkir. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun