“Çərpələng Festivalı”nda uşaqlar üçün oxudu

“Çərpələng Festivalı”nda uşaqlar üçün oxudu
“Çərpələng Festivalı”nda uşaqlar üçün oxudu

Bakıda “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib.

OLAY ki, festivalın özəl qonağı Xalq artisti Tünzalə Ağayeva olub. Pop ulduzun ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Balaca qəhrəmanlarımız sənətçinin bütün ifalarına qoşularaq onunla birlikdə əzbərə söyləyiblər.

Qeyd edək ki, festivalın əsas məqsədi həssas qrupdan olan uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətdə dostluq, birlik və həmrəylik dəyərlərini təşviq etmək olub.

Mənbə: olay.az