Əməkdar artist Mehriban Xanlarova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişindəki çıxışına görə ünvanına şər atılacağını iddia edib:
“Media nümayəndələrinin və ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, “Bizimləsən” verilişində “ögey analıq” tərəfindən şiddətə məruz qalan uşağı, kömək istəyən ağbirçək nənəsini müdafiyə etdiyim üçün, qarşı tərəfdən ünvanıma şər-böhtan atılır. Bu səbəbdən haqqımda yayılacaq olan hər hansı bir xəbər, həqiqəti əks etdirmir! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm!”.