Xalq artisti Mələkxanım Eyubovanın müğənni kürəkəni Mərdan Kazımovla fotosu yayılıb.
Milli.Az xəbər verir ki, görüntünü Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkə hesabında paylaşıb.
O, anası və həyat yoldaşı ilə çəkdirdiyi fotoya "Ürəklərim" şərhini yazıb.
Qeyd edək ki, Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun bu yaxınlarda övladı dünyaya gəlib. Mələkxanım Eyubovanın dörd övladı var.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə:
news.milli.az

















