“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü

“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü

"Miss Avstriya" və "Miss Vyana" gözəllik müsabiqələrinin qalibi Lüsiya Şişiç 22 yaşında dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan miqrant ailəsində anadan olan Lüsiya Şişiçin anadangəlmə ürək qapağı problemi olduğu bildirilib. Gənc model bu səbəbdən bir neçə dəfə əməliyyat keçirib. Onun sonuncu ürək əməliyyatı ötən ilin dekabrında baş tutub.

Şişiçin vəfatının dəqiq səbəbi hələ açıqlanmayıb.

Lüsiya Şişiç 2024-cü ildə əvvəlcə "Miss Vyana", daha sonra isə "Miss Avstriya" tituluna layiq görülüb. 2025-ci ildə maliyyə problemləri səbəbindən ölkə üzrə gözəllik müsabiqəsi keçirilmədiyindən o, titulunu qoruyub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
Mənbə: news.milli.az