"Miss Azərbaycan 2019"un qalibi Səmra Hüseynova "Həmin zaur" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, canlı efir zamanı aparıcı Zaur Kamal modelin atası Tahir Hüseynova zəng edilib.
Aparıcının suallarını cavablandıran atası qızı ilə fəxr etdiyini bildirib. Səmranın xasiyyətcə özünə bənzədiyini deyən ata, onun yaşlandıqca düzələcəyini söylədiklərinə əlavə edib.
Mənfi fikirlər eşidəcəyini uman Zaur kor-peşman telefon əlaqəsini sonlandırıb.
Sözügedən açıqlama sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun