Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama

Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama

Türkiyənin məşhur şoumeni və komediya aktyoru Mehmet Ali Erbilin infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi barədə iddialar yayılıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iddialar var ki, 69 yaşlı sənətçi evində məşq etdiyi zaman qəfil özünü pis hiss edib və xəstəxanaya aparılıb. Həmçinin onun ürək damarına stent yerləşdirildiyi də irəli sürülüb.

Yayılan məlumatlardan sonra Mehmet Ali Erbilin mətbuat katibi açıqlama verərək iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Mehmet Ali bəy çox yaxşıdır, səhhəti yerindədir. Belə bir hal baş verməyib", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Mehmet Ali Erbil uzun illərdən sonra "Hayatım Yalan" tamaşası ilə teatr səhnəsinə qayıtmağa hazırlaşır.

Sənətçi teatr fəaliyyətinə 1973-cü ildə Ankara Dövlət Teatrında "İstanbul Efendisi" tamaşası ilə başlayıb. O, "Küheylan" əsərindəki rolu ilə isə Türkiyənin müxtəlif bölgələrində tanınmağa başlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az