Müğənni İradə İbrahimova oğlu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, İradə ailəsi ilə fotolarını paylaşaraq övladına bu təbriki yazıb:
“Alim adın ədalətin, cəsarətin, biliyin rəmzidir. Arzum ömrün boyunca adının gözəlliklərini daşıyasan. Güclü olanda incitməyən, haqlı olduğunda təkəbbürlü olmayan, haqsızlıq qarşısında susmayan insan ol. Oğul, illər keçdikcə sadəcə yaşın deyil, ağlın, ürəyin, vicdanın da böyüsün inşallah. Ad günün mübarək, Ali! Adına layiq, ürəyinə yaraşan bir ömrün olsun, övladım”.






Mənbə:
olay.az
















