Supermodel Heyli Biber “ICE Magazine”in yeni buraxılışı üçün yaxın dostu və jurnalın təsisçisi Renell Medranonun obyektivi qarşısına keçib.
OLAY yazır ki, olduqca cəsarətli fotoların yer aldığı çəkiliş üçün heç bir qonorar almayacaq Heyli Medranoya olan etimadını belə ifadə edib: “Bu yaşımda bədənimin bu qədərini göstərməyi ondan başqa heç kim üçün etməzdim.”
Çəkilişin arxasında sosial məqsəd də var. Jurnalın satılan hər nüsxəsindən əldə olunan gəlirin bir hissəsi San-Pauloda miqrant və qaçqın qadınlara dəstək göstərən mərkəzə bağışlanacaq. Heyli isə jurnalın edəcəyi ianə ilə eyni məbləği özü də bağışlayaraq ümumi dəstəyi ikiqat artıracaq.






Mənbə:
olay.az
















