“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Bakı məktəblərinin birində baş verən hadisədən yazıb.
OLAY yazır ki, iş xanımı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. R. Əliyeva məktəb mühafizəçisinin şagirdə fiziki şiddət göstərməsinə reaksiya verib:
“Bakı şəhəri, Səbail rayonunda yerləşən 189 saylı orta məktəbin mühafizəçisinin 9-cu sinif şagirdini döyməsinin videosunu təəssüf hissi ilə izlədim. Övladı yerində olan uşağı bu cür vurmaq doğrudan da vəhşilikdən başqa bir şey deyil. Həmin şagirdin hansısa pis hərəkət etməsi və ya kobud söz işlətməsi bu cür zorakı davranışa qətiyyən əsas vermir. Yayılan məlumata görə məktəb mühafizəçisi artıq işdən azad olunub. Lakin onun işdən azad olunması ilə bu məsələ bağlana bilməz. Əminəm ki, hüquq mühafizə orqanları belə zorakılığa yol verən şəxsin əməllərinə hüquqi qiymət verəcək”.