Əməkdar incəsənət xadimi Cavanşir Quliyev açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “İncə səhər” verilişində qonaq olan bəstəkar müğənnilərin mahnılarla bağlı icazə almalarından söz açıb:
“Bir mövzuya qısaca toxunmaq istəyirəm. Hər hansı bəstəkarın mahnısını oxumaq üçün icazə almaq lazım deyil. Bizdə son zamanlar belə bir adət yaranıb ki, müğənnilər icazə istəyirlər. Nə icazə, qardaşım? Biz mahnını niyə yazırıq? Oxumaq üçün bəstələyirik. Kostyum deyil ki, deyim, mənim kostyumumu geyinmək üçün icazə al. Hər bir bəstəkar sevinər ki, onun mahnılarını oxuyurlar. Mahnı bunun üçün yazılır və oxuduqca yayılır. Bəstəkar özü-özünün düşməni deyil. Əgər ifasını bəyənməsə, müğənni tapacaq ki, bəlkə yenidən oxuyasan. Amma müğənni hansı mahnını istəyirsə, onu daha yaxşı oxuyacaq. Baxır, necə dəyişiklik etmək olar. Azərbycan vətəndaşlıq məcəlləsində maddə var ki, müəllifin icazəsi olmadan mahnını dəyişmək olmaz... Əminəm ki, bəstəkarlar bu mövzuda problem yaratmaz. Bəzi rəhmətlik müğənnilər vaxtında deyirdilər ki, mənim mahnılarımı oxumasınlar, icazə alsınlar. Sanki mahnısı var... Mahnının müəllifləri bəstəkarla şairdir”.