"Məşhurluqdan sonra bütün dostlarımı itirdim"

"Məşhurluqdan sonra bütün dostlarımı itirdim"

Amerikalı 22 yaşlı müğənni Billi Ayliş məşhurluqdan sonra bütün dostlarını itirib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Miss Me?" podkastında danışıb. 

"Mən məşhur olanda bütün dostlarımı itirdim. İki yaşından bəri dostluq etdiyim Zoedən başqa. O, hələ də mənim ən yaxın dostumdur. Birdən məşhurlaşdım və aramızda uçurum yarandı. Bu, çox çətin idi. Dostlarla necə rəftar etdiyim, onlarla necə davrandığım və münasibətləri necə qoruduğum üzərində çox işləməli oldum. Təxminən bir il əvvəl köhnə tanışlarımın çoxu ilə yenidən əlaqə qura bildim. İndi mənim çoxlu dostlarım var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun