Türk aktyorlar Serenay Sarıkaya, Kaan Urgancıoğlu, Halit Ergenç, Linet və dünya şöhrətli aktyor Amauri Nolasko İstanbulun Ulus səmtində eyni məkanda bir araya gəliblər.
OLAY yazır ki, gecənin ardından Sarıkaya ilə Nolaskonun İnstaqramda bir-birlərini izləməyə başlaması isə diqqətlərdən yayınmayıb.
İkilinin eyni məkanda olması və daha sonra sosial mediada bir-birlərini izləməyə başlaması izləyiciləri iki yerə bölüb. Bəzi izləyicilər ikili arasında yeni iş birliyi olmasını iddia edərkən, digərləri mümkün şəxsi mübasibət iddialarını gündəmə gətiriblər.
Xatırladaq ki, Serenay Sarıkaya uzun müddətdir ki, müğənni Mert Demirlə sevgilidir


Mənbə:
olay.az

















