Yeni mövsüm hazırlıqları davam edən məşhur türk istehsalı "Yeraltı" serialın ssenari oxu məşqindən paylaşılan görüntülər sosial mediada gündəm olub.
OLAY yazır ki, yeni mövsüm öncəsi keçirilən oxu məşqində bəzi aktyorların olduqca sıx şəkildə oturması diqqət çəkib.
Baş rol aktyorlarının isə daha rahat divanlarda əyləşdiyi görüntülər sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.
Oturma qaydası ilə bağlı şərhlərdə aktyorlar arasındakı şəraitin niyə bu qədər fərqli olduğu müzakirə mövzusuna çevrilib.


Mənbə:
olay.az
















