Atalarına qarşı olan övladlarını təriflədi

Atalarına qarşı olan övladlarını təriflədi
Atalarına qarşı olan övladlarını təriflədi

Aktrisa Ancelina Coli böyüyən övladları ilə bağlı açıqlama verib.

OLAY yazır ki, keçmiş həyat yoldaşı ilə davam edən uzunmüddətli qalmaqal və məhkəmə çəkişmələri fonunda aktrisa övladlarının güclü şəxsiyyət kimi böyümələri ilə fəxr etdiyini bildirib.

“Onlar, şübhəsiz ki, özünəməxsus şəxsiyyətlərdir. Bu, məni çox sevindirir. Çünki düşünürəm ki, ən vacib qaydalardan biri onların həyatına müdaxilə etməməkdir. Valideyn olaraq çox şey etməyə çalışırsan, amma eyni zamanda öz həyatından ayrı, öz dünyası və böyük potensialı olan bir insana mane olmamağa çalışırsan” deyə aktrisa bildirib.

İzləyicilər və tabloidləri Colinin sözlərini, övladlarının bir-bir Bred Pitti həyatlarından çıxarmasına açıq dəstək kimi qiymətləndiriblər.

Mənbə: olay.az