Rəqqasə Fatimə Fətəliyeva "7 Tamam" verilişində qonaq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramda aparıcı Nanə Ağamalıyeva sənətçinin milli geyimlərindən danışıb:
"Fatimənin milli üslubda hazırlanmış paltarları çoxdur. Novruz bayramında hər gün onun geyimlərində aparıcılar efirə çıxır. Ən gözəl geyimlər Fatimədədir. Novruz bayramında libas istəsəm, ən qəşəngi hansı olacaq?".
Onun sualına cavab olaraq isə Fatimə bunları deyib:
"Novruz bayramına az qalıb və buradan deyirəm. Xahiş edirəm ki, Nanə xanımdan başqa heç kim məndən geyim istəməsin. Birdən yada düşürəm və mənim də vaxtım olmur. Ona görə yox deyirəm ki, geyimləri aparıb normal şəkildə qaytarmırlar. Təmizlik böyük bir şeydir".
Milli.Az