Reper P. Diddinin keçmiş sevgilisi Kessi Ventura və həyat yoldaşı Aleks Fayn bir ildən çox müddətdən sonra ilk dəfə qırmızı xalıda birlikdə görüntüləniblər.
OLAY yazır ki, cütlük Londondakı “Odeon Luxe Leicester Square” kinoteatrında keçirilən filmin premyerasına qatılıb.
Qeyd edək ki, P. Diddi ətrafında qalmaqal 2023-cü ilin noyabrında, Venturanın onu uzun illər ərzində cinsi və fiziki zorakılıqda ittiham etməsindən sonra başlayıb. Lakin o, cəmi 24 saat sonra iddianı geri götürüb. Daha sonra Venturanın döyülməsini əks etdirən şiddətli görüntülər internetdə yayılıb və məsələ böyük rezonans doğurub. 2024-cü ilin sentyabrında Şon Kombs həbs edilərək nəzarətə götürülüb.


Mənbə:
olay.az
















