“Biletlər satılmasa, səhnədən gedəcəyəm”

“Biletlər satılmasa, səhnədən gedəcəyəm”
“Biletlər satılmasa, səhnədən gedəcəyəm”

64 yaşlı rus müğənni Qriqori Leps karyerasını başa vurması barədə danışıb.

OLAY yazır ki, onun sözlərinə görə, konsertlərinə biletlər artıq satılmayanda şou-biznesdən gedəcək.

“Mən həmişə nəyəsə çatdırmamaqdan qorxuram. Ən sevdiyim tost belədir: “Boltlar bərkidilməmişdən əvvəl çatdırmaq”. İnsanlar üçün maraqsız olduğumu — zalın doluluğuna, bilet satışlarına görə — anladığım anda...” deyə o, səhnədən getməy şərtindən danışıb.

Sənətçi çıxış etməyin onun üçün çətinləşdiyini də əlavə edib. “Səs tellərim məni yarı yolda qoyur. Artıq qocalmışam” deyə Qriqori bildirib.

Mənbə: olay.az