“Ürək sözlərimi deyəcəm, bəyənmirlərsə, öz problemləridir”

“Ürək sözlərimi deyəcəm, bəyənmirlərsə, öz problemləridir”

"Gənclərimiz maariflənməlidir. Çox təəssüf ki, bizdə bir az savadsızlaşma inkişaf etməyə başlayır. Biz elə azad ölkədə yaşayırıq ki, qızlarımız, oğlanlarımız savadlanmalı, kitablar oxumalıdılar".

Milli.Az olay-a istinadən bildriir ki, bu sözləri "Sözbaz"a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib. Sənətçi sosial şəbəkələrdə yazdığı rəylərdən söz açıb:

"Hər sahədə dünya standartları uyğunlaşırıq. İstəyirəm ki, savadlanma da belə olaq. Ona görə də şərhlər yazıram. Bəzən yaxşı qarşılanır, bəzən yox. Amma mənim üçün fərqi yoxdu necə qarşılanır. Ürək sözlərimi deyəcəyəm. İstəyən bəyənər, istəyən yox. Özlərinin problemləridir. Gənclərin anası, yaşlıların bacısı kimi çalışıram ki, yanlarında olum. Mən öz millətimi çox sevirəm. Bu məsəl də ancaq bizdədir ki, ətimizi yesək də, sümüyümüzü atmarıq. Doğrudan da belədir. Kaş ətimizi yeməsək. Yaxşı olardı. Yeniliklər olsa, eşidəcəksiniz. Allah qoysa konsert də edərik". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun