Kevin Speysi müflis olduğunu etiraf etdi

Kevin Speysi müflis olduğunu etiraf etdi

"Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysi milyonluq borclarına görə evindən məhrum edilib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Pirs Morqanla müsahibəsində danışıb. Göz yaşlarına qərq olan Kevin hazırda daimi yaşayış yerinin və pulunun olmadığını etiraf edib:

"Mənim evim hərracda satılır, ona görə də mən Baltimora qayıtmalı və əşyalarımı anbara qoymalıyam. İndi harada yaşayacağımı bilmirəm. "Kartlar evi" filminin çəkilişlərinə başladığımız vaxtdan Baltimorda yaşayıram. 2012-ci ildə oraya köçdüm. 2016-cı ildən bu evdə yaşayıram, amma indi ödənişləri edə bilmirəm. Bir neçə dəfə müflis olmağımla bağlı müraciət etmək istəmişəm, amma hər dəfə bundan yan qaçmışam".

Kevin "Bu gün nə qədər pulun var sualına isə "Heç yoxdur, hüquqi xərclərin ölçüsü haqqında bir az təsəvvürünüz var. Hələ də milyonlarla borcum var" cavabını verib.

Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu. O, bütün ittihamlardan bəraət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun