"Bir neçə gün əvvəl oğlum Turxana kiçik toy etdim. Amma elə sənətçilər oldu ki, onları məclisə dəvət etsəm də, gəlmədilər. Kaş ki, gəlməyənlərin yerinə başqalarını çağırardım. İlk dəfə idi ki, övlad toyu edirdim. Bundan əməlli-başlı başım şişdi. Çaşqınlıq içində qaldım. Elə bir insanlardan umub, küsdüm ki, dəvət etmişdim, onlar gəlmədilər".
- Çinarədən övladını itirməsi ilə bağlı ilk açıqlama
- Elgizin "fiqurasız" dediyi müğənni plastik əməliyyatı ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Aparıcının "Oğlunuzun toyuna ən çox nəmər verən hansı həmkarınız oldu?" sualına İlkinin cavabı belə olub:
"Bu cür xanımlarımızı Allah qorusun, səhnəmizdə var etsin. Onun mərdliyi, cəsarəti... Onun sənəti göz önündədir. Ona hər şeyin gözəli yaraşır. Biz ailəlikcə dostuq. Onun atası Yaqub bəyi buradan salamlayıram. Xalq artistimiz, sevilən sənətkarımız Röya Ayxan, ən çox nəməri o verdi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun