Müğənni Rəqsanə İsmayılova növbəti dəfə mahnısına görə qalmaqal yaşayıb.
Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Həmin Zaur" verilişində danışıb. Efirə telefon bağlantısı ilə qoşulan İsmayılova onun "İnanımmı" mahnısını oxuyan Fatimə Şirəliyevaya qəzəblənib:
- Xanəndə Manaf Ağayevi aldatdı - FOTO
- Səidənin səhnə geyimi diqqət çəkdi - VİDEO
"Mən məhkəməyə müraciət etmişəm. Halallıq vermirəm. O xanımı tanımıram. Mahnını Hikmət Aslanovdan eşitməyib ki... Mənim ifamda eşidib bəyənib. Aysun Ağadadaş Ağayevin mahnısını oxuyanda bəstəkardan əvvəl özü ilə danışdı. Saymazlıq etməyi mənə təsir etdi. Mahnını aranjiman edən Elvin Musayev onu başa salıb ki, Rəqsanədən icazə almısan? Deyib, yox, Hikmət Aslanovdan icazə almışam. Hikmətlə də bizim davalarımız gedir. Mən məhkəməyə müraciət etmişəm. Onsuz da onu yutubdan sildirəcəyəm. Çünki məni saymayıblar. Ən azından paylaşanda məni işarələyərdi. Mənim qızım Yağmur o mahnını iyunun 28-də kliplə təqdim edəcəkdi. Mən Hikmətdən hüquqlarımı alacağam. O qız instaqramda paylaşım edir ki, böyüklərimizin bəzi nələrindən sonra mahnını yenidən yüklədim. Rəqsanənin iş nömrələri var, instaqramı var. Mən instaqramda o qıza yazmışam. Hikmətə də bildirmişəm, deyib, gedin sildirin. O bilir ki, mənim heç bir əşyama məndən icazəsiz toxuna bilməzlər. Bu gün oxumuş ola bilərsən, amma bir həftə sonra olmayacaq. Dünya aləm bir araya da gəlsə, sən o mahnını oxumayacaqsan".
Proqramda qonaq olan Fatimə isə bildirib ki, mahnının bəstəkarı Hikmət Aslanovla danışıb. Lakin R. İsmayılova ilə əlaqə yarada bilməyib.
Daha sonra H. Aslanov efirə qoşularaq bunları söyləyib:
"Bu məsələ aydındır. Rəqsanə oxuyub, hüququ var. Qız da ifa etmək istəyib, gəncdir, məndən xahiş edib. Onsuz da icazəli, ya da icazəsiz hamı oxuyur. Sadəcə qız qabiliyətli çıxdı, mənə bildirdi. Özü də qanuni iş görüb. Yutub kanalını idarə edən şirkət var, onlarla danışıb ki, sildirməsinlər. Mən demirəm ki, Rəqsanəyə bildirməsin. Deməyi yaxşı olardı. Rəqsanə əsəbidi, ya deyil, bilmirəm. Öz problemlərim var, o hayda deyiləm. Mənim Rəqsanə ilə pul söhbətim olmayıb. Nə mənə pul verib, nə də ondan pul almışam. Ümumiyyətlə ona mahnı verməmişəm. Mən mahnını Elçinə vermişəm. Dedi, Rəqsnaəyə mahnı ver. Heç kimə mahnı satmıram. Hədiyyə yox, müəyyən zəhmətləri var ki, onu ödəyir. Bu, o demək deyil ki, onu ödədim, mahnı mənimdir. Mahnı müğənniyə istifadə üçün verilir. Amma orada bəstəkarın müəllif hüququ var".
Daha sonra Fatimə instaqramda bu sözləri qeyd edib:
"Rəqsanə xanım, mahnını nə qədər sildirsəniz də, şikayət etsəniz də, mahnının yaradıcısı, bəstəkarı var! Yenidən paylaşılacaq. Sizə də tövsiyəm, erməni ifaçı oxuyub mahnını, həmin ifanı sildirmək lazımdır. Mən azərbaycanlıyam və sizin övladınız yaşdayam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun