Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)

Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)

Futbol ulduzu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges növbəti dəfə görüntüsü ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, məşhur model qırmızı xalça mərasiminə qatılıb. Onun tədbirə gəlişi zamanı fotoqraflar Corcinanı lentə almaq üçün bir-biri ilə yarışıb.

Bu zaman digər xanımlardan biri qırmızı xalçaya yaxınlaşaraq fotoqrafların obyektivinin qarşısından keçib. Bu isə çəkiliş aparan fotoqrafların narazılığına səbəb olub. Onlar xanımdan xalçadan uzaqlaşmasını istəyiblər.

Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az