“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”.
OLAY APA-ya istinadən yazır ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.
“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - Allahşükür Paşazadə bildirib.
Mənbə:
olay.az
















