İstanbulda məşhur şəxslərlə bağlı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, əməliyyat zamanı aktrisa Çağla Boz da daxil olmaqla 5 şübhəli barədə saxlanılma qərarı verilib. Boz İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Çağla Boz daha əvvəl də narkotik istintaqı çərçivəsində saxlanılmışdı. Yanvarın 16-da keçirilən əməliyyatdan sonra ondan götürülən nümunələrdə kokain aşkarlandığı açıqlanmışdı.
Hazırda yeni əməliyyat üzrə araşdırma davam edir. Saxlanılan şəxslərin hüquqi statusu istintaq və məhkəmə prosesindən sonra müəyyənləşəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)


Mənbə:
news.milli.az
















