Planetin ən varlı şəxsi, 55 yaşlı İlon Mask və 41 yaşlı “OpenAI” şirkətinin baş direktoru Sem Altman amerikalı süni intellekt tədqiqatçısı, “Anthropic” şirkətinin qurucusu Dario Amodeinin süni intellektin inkişafı ilə bağlı narahatlıqlarını dəstəkləyiblər.
OLAY yazır ki, Amodei süni intellektin inkişaf tempinin yavaşladılmasının vacibliyi barədə esse yayımlayıb. O, yazısında süni intellektin düzgün istifadə edildiyi halda bəşəriyyətin inkişafına və tərəqqisinə böyük töhfə verə biləcəyini, lakin eyni zamanda ciddi risklər daşıdığını vurğulayıb.
Amodeinin sözlərinə görə, bu risklərə süni intellekt sistemləri üzərində nəzarətin itirilməsi, onların zərərli məqsədlər üçün, məsələn, kiberhücumlar və ya bioterrorizm üçün istifadəsi, həmçinin ciddi iqtisadi sarsıntılar daxildir.
Essedən sonra Mask özünün “X” hesabında “Dario haqlıdır. Mən artıq uzun müddətdir ki, süni intellektlə bağlı həyəcan təbili çalıram” deyə bildirib.
Altman da tədqiqatçını dəstəkləyərək “Dario ilə razıyam ki, qabaqcıl texnologiyaların inkişaf tempini tənzimləməliyik. Son həftələrdə bu məsələ “OpenAI”də müzakirələrin əsas mövzularından birinə çevrilib” yazıb.
















