Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)

Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)

İş qadını Kayli Cenner nəhayət Hidden Hillsdəki malikanəsinə alıcı tapıb.

Milli.Az xəbər verir ki, sövdələşmə 15,3 milyon dollara başa gəlib. Halbuki realiti-şounun ulduzu əvvəlcə ev üçün 20,25 milyon dollar istəyirdi. Beləliklə, yekun satış qiyməti ilkin qiymətdən təxminən 5 milyon dollar aşağı olub.

Sahəsi 13 200 kvadrat futdan (təxminən 1 227 m²) çox olan evi Kayli hələ 2016-cı ilin sonunda, cəmi 19 yaşında olarkən alıb. Həmin vaxt malikanəyə 12,05 milyon dollar ödəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
Mənbə: news.milli.az