Aybəniz Haşımova Aktauda konsert verdi

Aybəniz Haşımova Aktauda konsert verdi

Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun, “Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. 

OLAY yazır  ki, tədbirin rəsmi hissəsindən sonra əməkdar artist Aybəniz Haşımova və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə vətənpərvərlik mövzusunda, eləcə də  xalq mahnıları  ifa olunub. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Aybəniz Haşımova konsert haqda təəssratlarını azxeber.com-la bölüşüb: 

“Konsertimiz çox uğurlu alındı. Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq.Qeyd etməliyəm ki, səfərimiz yüksək səviyyədə təşkil olunmuşdu. TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil etmişdi. Ən xırda detallara qədər hər şey nəzərə alınmışdı. Mən çox xarici səfərdə olmuşam. Deyim ki, TAİB-in təşkil etdiyi Qazaxıstan səfəri həm mənim, həm də Sənət Akademiyasının tələbələrinin yaddaşında silinməz iz buraxacaq. Bir sözlə səfər mükəmməl şəkildə təşkil olunmuşdu. Dövlətimizin yüksək adına uyğun işlər görən TAİB rəhbərliyinə minnətdaram”.

Aybəniz Haşımova konsertin təşkilinə görə təşkilatçılara da minnətdarlığını bildirib:

“Eyni zamanda, bizə diqqətini əsirgəməyən Aktaudakı Baş Konsulumuz Elçin müəllimə və diasporumuzun fəallarına təşəkkürümü ifadə etmək istəyirəm.
Xüsusi təşəkkürüm isə, əziz, doğma Nicat Huseyn Dağlaradır. Öncə, onu deyim ki, bu səfərə getməyim məhz onun arzusu idi, böyük həvəslə mən də əziz qardaşımın arzularına qoşuldum və musiqimiz adına əlimdən gələn nə varsa cani-könüldən böyük şövglə etdim. Nicat müəllim isə ən böyük ağır məsuliyyəti öz ciyinlərinə götürmüşdür. Öhdəsindən də ən ali,dərəcədə gəldi! Halal olsun sənə və sənə belə mükəmməl olmağı öyrədən valideynlərinə. Hər dəfə bir-birindən əvəzssiz musiqilərimiz o, möhtəşəm səhnədən səsləndikcə inanılmaz qürür, həm də həyəcan hissi bürümüşdür məni. 

Hətta, hiss edirdim ki, təzyiqim də yüksəlib. Amma,buna baxmayaraq yenə də şövglə davam edirdik. Çünki,o möhtəşəm konsert salonunda bizi izləməyə gələn vətənimin Vətən övladları var idi. Həyəcanla, bravo söyləyərək öz ana musiqisini, ana laylasını, göz yaşları, sevinc yaşları ilə seyr edib bizi daha da həvəsləndirirdilər. Biz onların alqışından çox razı qaldıq. Çox arzu edirəm ki, onlar da bizdən razı qalsınlar!”.