"Yaxşılığın "y" hərfi gələndə başımın tükləri biz-biz olur".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "İncə səhər" verilişində deyib.
- Səidənin səhnə geyimi diqqət çəkdi - VİDEO
Sənətçi bildirib ki, daha heç kimə yaxşılıq etməyəcək:
"Özümə söz vermişəm ki, daha edəcəyim yaxşılıqları dayandıracağam. Mənə söyləyirlər ki, Ümrə ziyarətindən gəlmisən, elə danışma. Cavab verirəm ki, dilim desə də, bacarmıram. Mənim etdiyim yaxşılıqları o qədər pisliklə mənə qaytarıblar. Yaxşılıq edən insanları tez "vururlar". Mən Allahımdan çox razıyam. O mənə özü yol açdı və mən ziyarətə getdim. O qədər Allahdan razıyam. Mənə şər, böhtan atanlara, xainlərə, vicdansızlara və şərəfsizlərə Allah elə bir dərd verib ki, başları özlərinə qarışıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun