Çağla Boz barəsində qərar verildi

Çağla Boz barəsində qərar verildi
Çağla Boz barəsində qərar verildi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan model və aktrisa Çağla Bozla bağlı qərar qəbul edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində ifadəsi alınan Çağla Boz məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Çağla Boz daha əvvəl də narkotiklə bağlı araşdırma çərçivəsində saxlanılmışdı. Həmin zaman onun test nəticələrinin müsbət olduğu bildirilmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az