Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)

Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva Qarabağa səfəri zamanı paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Aynişan Quliyeva atası Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu əraziləri ziyarət edib. Bloger səfər zamanı çəkdirdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Aynişan paylaşımında atasının döyüş yolu barədə də məlumat verib. O, Xalid Quliyevin xüsusi təyinatlı tank sürücüsü olduğunu və müharibəyə könüllü qatıldığını bildirib.

Bloger qeyd edib ki, atası döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən çıxarmağı bacarıb. Lakin geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və Xalid Quliyev şəhid olub.

Aynişan atasının xatirəsini ehtiramla yad edərək onun döyüşdüyü torpaqlardan görüntüləri izləyiciləri ilə bölüşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az