Azərbaycan əsilli tanınmış reper "Navai"nin (Nəvai Bəkirov) Rusiyada kommunal xidmətlərlə bağlı borcu yaranıb.
Milli.Az xəbər verir ki, Rusiya məhkəməsi reperin qaz, istilik və elektrik enerjisi üzrə 72 min rubldan (təxminən 1450 AZN) artıq borcunun məcburi qaydada tutulmasına qərar verib.
Məlumata görə, borcun ödənilməsi ilə bağlı icraat sentyabrın 1-də başladılıb. Məhkəməyə müraciət edən "Odintsovo istilik şəbəkəsi"nin tələbi təmin olunub.
Beləliklə, məhkəmə qərarına əsasən, Nəvai Bəkirovun kommunal xidmətlər üzrə yaranmış borcu məcburi qaydada tutulacaq.
Qeyd edək ki, Nəvai Bəkirov "HammAli & Navai" duetinin üzvü kimi məşhurlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















