Bu gün Azərbaycanda yeni tədris ili başlayıb.
Milli.Az xəbər verir ki, bir çox tanınmış simanın övladı da ilk dəfə məktəbə qədəm qoyub.
Müğənni Xuraman Şuşalının qızı Məryəm birinci sinfə gedib.
Müğənni Natavan Həbibi ilə reper Dado Əliyevin oğlu Zeyd də bu il məktəbli olub.
Aktrisa Cəmilə Tağızadənin oğlu da ilk dəfə məktəbə yollanıb. Aktrisa övladının fotosunu paylaşaraq bu sözləri yazıb:
"15 sentyabr - Bilik Günün mübarək olsun, canım oğlum. Birinci sinfə addımlarını uğurlu at, daim yolun açıq, zehnin güclü olsun! Bütün şagird və tələbələrə uğurlar diləyirəm. Ailənizə, vətəninizə, xalqınıza xeyirli övlad və vətəndaş olasınız, əziz balalar. Bizim fəxrimizsiniz".
Aparıcı Kazım Sübhan da oğlunun məktəb fotosunu yayımlayıb və paylaşımına "Atanın nəfəsi" şərhini əlavə edib.
Aktyor Ülvi Həsənlinin qızı Melis də bu il birinci sinfə gedib. Aktyor sevincini bu sözlərlə ifadə edib:
"Bu gündən Melisam da şagird adını qazandı. Allah bütün balaları saxlasın, yollarını işıqlı, uğurlu etsin. Yolun açıq olsun, gözəlim. Başımızı həmişə uca edəsən. Sən mənim dünyamsan. Gözümüzü açıb yumduq, vaxt elə tez keçdi ki, dünən qucağımda yemək yedirtdiyim körpə Melisam artıq məktəbə gedir. Bu hissləri bizə yaşatdığına görə Allahıma sonsuz təşəkkür edirəm".
Aparıcı Murad Əzimzadə də oğlunu birinci sinfə yola salıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















