Şəbnəm Tovuzlu kimdir? - 17 yaşında gizli ərə gedən, evli kişidən uşağı olan müğənni
Milli.Az Lent.az-a istinadən "Bioqrafiya" rubrikasında qalmaqallardan adı düşməyən müğənni Şəbnəm Tovuzludan bəhs edir.
- Şəbnəm Tovuzlu harada anadan olub?
Şəbnəm Əsədova (Tovuzlu) - 19 dekabr 1984 cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Tovuz şəhərində dünyaya gəlib.
- Şəbnəm Tovuzlu kimin nəvəsidir?
Şəbnəm Əsədova Tovuz mahalının sevilən aşıqlarından olmuş aşıq Səmədin nəvəsidir.
- Şəbnəm Tovuzlu nə zaman sənətə başlayıb?
2006-cı ildən peşəkar müğənni kimi səhnəyə çıxan Şəbnəm "Sevənlər ölməz" və "Bəxt üzüyü" mahnıları ilə özünü geniş dinləyici auditoriyasına tanıdıb.
- Şəbnəm Tovuzlu kimlərlə duet oxuyub?
Şəbnəm Tovuzlu Vasif Əzimov, Aqşin Fateh, Kərim, Talıb Tale, Vüsal Əliyev, Ali Pormehr və.s məşhurlarla birlikdə duet oxuyub.
- Şəbnəm Tovuzlunun ilk evliliyi neçə yaşında olub?
Şəbnəm Tovuzlu 17 yaşında valideyinlərinin icazəsi olmadan Bakıda ailə həyatı qurub. Ata və anası onun toyumda iştirak etməyib.
- Şəbnəm Tovuzlunun hamilə qaldığı məmur kim olub?
Bu haqda Şəbnəm Tovuzlu özü məlumat yayıb. Onun evil, həmçinin tanınmış məmur olduğunu demişdi.
- Şəbnəm Tovuzlunun hamıdan gizlətdiyi oğlu kimdir?
Əli müğənninin 7 ildir davam edən ikinci evliliyindən olan oğludur. İlkin isə müğənninin həyat yoldaşının ilk evliliyindən olan övladıdır. Hətta İlkinin daim Əlinin qayğısına qaldığı da bildirilib.
- Şəbnəm Tovuzlu keçmiş əri haqqında nə dedi?
"17 yaşım var idi. Xalam oğlunun toyuna getmişdim. Keçmiş həyat yoldaşımla orada tanış olduq. Qız və oğlan razı idi. Həmin ərəfədə elçi gəlmək istəyirdikər. Keçmiş həyat yoldaşım mənə dedi ki, gedək anam və bacımla tanış ol. Bacımın evidir. Qapını qaynanam və baldızım açdı. İki-üç saat sonra dedim ki, mən evə gedim, dedilər ki, hara gedirsən? Artıq bu evin gəlinisən. Mən keçmiş qaynanamı çox sevirəm. Həyat yoldaşımla anlaşmayıb, özümüz ayrılmışıq. Çox qaşqabaqlı gəlin idim. Toy macəram belə olub. Qaynananla, baldızınla tanış olmaq üçün gedirsən və sonra səni qaçırırlar. Qaynanam Tahirə xanım danışır ki, divanda oturmuşdun, toppuş qız idin, deyirdin ki, evimizə getmək istəyirəm".
- Şəbnəm Tovuzlunun gizli sponsoru kimdir?
Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və ailəsi olmasına baxmayaraq onunla dini kəbin kəsdirib. Bu barədə müğənni verdiyi müsahibələrin birində aydınlıq gətirib:
"Mətbuatda mənə layiq olmayan bir şayiəni dərc etdilər. Bütün bunlar isə reklam, oxucu kütləsi toplamaq üçün edildi. Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var".
- Şəbnəm Tovuzlu hansı məşhurlarla qalmaqal yaşayıb?
Şəbnəm Tovuzlu ilə həmkarı Vəfa Şərifova arasında qalmaqal yaşanıb. Onların arasındakı davaya səbəb isə kişi olub. Vəfa Şəbnəmi təhqir edərək bu sözləri deyib:
"Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə 6 ildir ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub".
- Şəbnəm Tovuzlu toylara neçəyə gedir?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biridə Şəbnəm Tovuzludur. Onun toy qonorarı 3000 AZN aralığındadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun